Bakıdan Şuşa, Ağdam və Füzuliyə yeni avtobus reyslərinə biletlər satışa çıxarılır. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə istinadən xəbər verir.
Biletləri bu gün saat 16:00-dan etibarən www.yolumuzqarabaga.az saytından almaq mümkün olacaq. Vətəndaşlar gediş və qayıdış biletlərini eyni vaxtda almalıdırlar.
Qarabağı ziyarət etmək istəyənlər şəxsiyyətini təsdiq edən sənədin məlumatlarını sistemə daxil etməlidirlər. Bilet alındıqdan sonra onu başqa şəxs istifadə edə bilməz.
Səfər zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə sərnişinləri polis əməkdaşları müşayiət edirlər. Şuşa, Ağdam və Füzuli şəhərlərində sərnişinlər tarixi, mədəni və dini abidələri ziyarət edirlər.