Ali Məhkəməyə yeni hakimlər təyin olunacaqlar. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Təyin olunmalı hakimlər aşağıdakılardır:
- Dəyişikliklə Naxçıvan Muxtar Respubliaksının Ali Məhkəməsinin hakimi (Kommersiya Kollegiyasının sədri) Əhliman Xıdırov;
- Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəşad Abdulov;
- Bakı Apellyasiya Məhkəməsinin hakimi Zəki Babayev;
- Bakı Apellyasiya Məhkəməsinin hakimi Vidadi Məmmədov;
- Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Vidadi Cəfərov.
Adları qeyd olunan hakimlərin hamısı Ali Məhkəməyə təyinat almalıdırlar. Bununla bağlı Milli Məclisdə müzakirələr aparılacaq.