Anasını öldürən şəxsə hökm oxunub. Bu haqda bu gün, 13 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, 17 yaşlı Z.M. 10 il müddətinə azadlıqdan məhrum edilib. O, son söz olaraq əməlindən peşman olduğunu bildirib.
Ötən ilin fevral ayında paytaxtın Xətai rayonunda Z.M.-in anası, 46 yaşlı Solmaz Mansurovanı 192 bıçaq zərbəsi ilə qətlə yetirməsi ilə bağlı şübhələr müəyyən edilib. Ona qarşı Cinayət Məcəlləsinin “Xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə” maddəsi ilə ittiham irəli sürülmüşdü.