“Apple Vision Pro” artıq Bakıda satılır. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az xəbər verir.
Yerli elan saytlarının birində artıq bir neçə satıcı yeni satışa çıxmış “Vision Pro” virtual reallıq eynəyini təklif edir. Qiymətlər 8800 -10.900 AZN arası dəyişir.
“Apple Vision Pro” rəsmi mağazada 3500 ABŞ dollarına (təqribən 6000 AZN) satılır. Eynək vasitəsilə insanlar istənilən yerdə, hətta hərəkətdə olan zaman virtual tətbiqlərdən istifadə edə bilərlər.