Paytaxt ərazisində yerləşən ticarət və ictimai iaşə obyektlərində reyd keçirilib. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Keçirilən yoxlamalar zamanı 2 ticarət və 9 ictimai iaşə obyektində qanun pozuntuları aşkarlanıb. Onların adları və yerləşdikləri ərazilər aşağıdakı kimidir:
Ticarət obyektləri:
- "Albalı" market - Xətai rayonu, Nobel prospekti, ev 23, m. 1;
- "Malibu" şərab evi - Xətai rayonu, X.Məmmədov küçəsi, ev 3.
İctimai iaşə obyektləri:
- "Siyaqut" şadlıq evi - Nizami rayonu, B.Nuriyev küçəsi, ev 42A;
- "İnci" şadlıq evi - Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 76B;
- "CFC İstanbul" kafesi - Səbail rayonu, Neftçilər prospekti, Dənizkənarı Milli Park;
- "New Baku Hotel" kafesi - Nəsimi rayonu, H.Əliyev küçəsi, ev 3C;
- "Woki-Oki" kafesi - Səbail rayonu, Neftçilər prospekti, Dənizkənarı Milli Park;
- "Amor" şadlıq evi - Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 14C;
- "Pizza Mizza" kafesi - Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 6m;
- "Versal" şadlıq evi - Binəqədi rayonu, A.Kunanbəyov küçəsi, ev 4A;
- "Çıraq Palace" şadlıq evi - Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 20A.
Adıçəkilən obyektlərdə müvafiq sənəd olmadan ət məhsullarının satışı və işçilərin tibbi müayinədən keçməməsi faktları aşkar olunub. Bununla bağlı rəhbərliklər məsuliyyətə cəlb olunublar.