AQTA növbəti dəfə Bakıda tanınmış qida və ticarət obyektlərində yoxlamalar keçirib. Bu haqda 31 avqust tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
Avqustun 30-da Bakıda yerləşən bir sıra ticarət və ictimai iaşə müəssisələrində planlı və plandankənar yoxlamalar aparılıb.
Yoxlama zamanı nöqsanlar aşkar edilmiş obyektlərin siyahısı:
- Xəzər rayonu - “Mərdəkan” market;
- Xəzər rayonu - “Le Jardin” restoranı;
- Xəzər rayonu - “Manqal dönər”;
- Xətai rayonu - “Fresh Mart”;
- Xətai rayonu - “Harrbi Dönər”;
- Xətai rayonu - “Dönər Store”;
- Xətai rayonu - “Korsar” restoranı;
- Xətai rayonu - “İstanbul Lahmacun”;
- Xətai rayonu - “Tamlı” restoranı;
- Xətai rayonu - “İkram” restoranı;
- Binəqədi rayonu - “Topdan Satış" ərzaq mağazası;
- Binəqədi rayonu - “Tayqa” ticarət mərkəzi;
- Nərimanov rayonu - “Araz market”;
- Nərimanov rayonu - “Kabab evi”;
- Nərimanov rayonu - “Kəklikotu”;
- Nərimanov rayonu - “Simple” restoranı.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkarlıq subyektlərinin rəhbərləri inzibati məsuliyyətə cəlb olunublar.