“ASAN xidmət” və “DOST” Agentliyi bayram günlərinə olan iş qrafiklərini açıqlayıblar. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az qurumlara istinadən xəbər verir.
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri Qurban bayramı ilə əlaqədar 9 və 10 iyul tarixlərində işləməyəcəklər. 11, 12 və 13 iyul tarixlərində isə Bakı şəhərində yerləşən "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri 17:00-a qədər çalışacaqlar.
“DOST” mərkəzləri, eləcə də 142 çağrı mərkəzi 9-12 iyul tarixlərində işləməyəcək. 13 iyul tarixindən etibarən bütün xidmətlər standart rejimdə çalışmağa davam edəcək.