“ASAN Xidmət” beynəlxalq mükafata layiq görülüb. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az İqtisadiyyat naziri Mikayıl Cabbarova istinadən xəbər verir.
Azərbaycanın innovativ brendi beynəlxalq təşkilat "StartupBlink" tərəfindən "Qafqazda ən yaxşı startap nəticələri" mükafatına layiq görülüb. Bu ad innovasiya ekosisteminin inkişafına və startaplara dəstək mexanizmlərinin təşviqinə görə quruma təqdim edilib.
“Qlobal reytinqə görə, 2023-cü ildə ölkəmiz bu sahədə ən uğurlu 100 ölkə siyahısında 84-cü yerdə qərarlaşıb”, – deyə nazir qeyd edib.
Azərbaycanın innovativ brendi "ASAN Xidmət" (@asanxidmat) qlobal #startap xəritəsini formalaşdıran mötəbər beynəlxalq təşkilat "StartupBlink" (@startupblink) tərəfindən #innovasiya ekosisteminin inkişafına və startaplara dəstək mexanizmlərinin təşviqinə görə "Qafqazda ən yaxşı…
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 17, 2024