Bu ilin dekabrın 25-dən Qazaxıstanın paytaxtı Astanadan Bakıya birbaşa reyslər bərpa olunur. Bu barədə Report 8 dekabr tarixində məlumat verib.
Reysin hansı növ təyyarə ilə həyata keçiriləcəyi və həftə ərzində uçuşların sayı açıqlanmayıb.
Qazaxıstana 2020-ci ilin mart ayından etibarən koronavirus infeksiyasının (COVID-19) yayılması səbəbindən uçuşlar dayandırılmışdı.
Artıq 2021-ci il noyabrın 7-dən "Air Astana" aviaşirkəti Almatı-Bakı-Almatı marşrutu üzrə uçuşlara başlayıb. Uçuşlar cümə axşamı və bazar günləri həyata keçirilir.
Biletlərin qiyməti 400 ABŞ dollarından başlayır.