"Avroviziya-2024" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçı məlum olub. Bu haqda bu gün, 8 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bu il ölkəmizi İsveçin Malmö şəhərində Fahree – Fəxri İsmayılov təmsil edəcək. F. İsmayılov 15 ifaçı arasında ən yaxşısı olaraq Azərbaycanın “Avroviziya” təmsilçisi adına layiq görülüb.
"Avroviziya-2024" mahnı müsabiqəsinin yarımfinalları bu il 7 və 9 may, finalı isə 11 may tarixlərində baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək.