Bakının daha bir ünvanında piyada zolağı avtobus dayanacağı ilə eyni nöqtədə yaradılıb. Bu haqda bu gün, 13 fevral tarixində Bakuplus.az “Bakı Gündeliyi” Facebook səhifəsinə istinadən xəbər verir.
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində piyada zolağı avtobus dayanacağı ilə tam eyni sırada çəkilib. Bu da insanlar üçün təhlükə və ciddi çətinliklər yaradır.
Daha öncə Yasamal rayonunda analoji vəziyyət haqda məlumat verilmişdi.