Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən avtobusların sürəti artıb. Bu haqda bu gün, 5 fevral tarixində Bakuplus.az Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bakı - Sumqayıt yolunda avtobusların orta hətəkət sürəti 14 km/s artıb, sərnişinlərin səfər müddəti isə 25 dəqiqə azalıb. Bu rəqəmlərə xüsusi hərəkət zolaqlarının təşkil olunması nəticəsində nail olunduğu bildirilir.
“Xüsusi hərəkət zolaqları ictimai nəqliyyatının əsas komponentlərindən biri olmaqla yanaşı, nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır", – deyə qurum bəyan edib.