“Ayna Sultanova” körpüsünün altında yol nişanı dəyişib. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Ziya Bünyadov prospektinin Süleyman Sani Axundov küçəsi ilə kəsişməsi tərəfdə körpünün altından geriyə dönüş edən zaman nəqliyyat vasitələri Süleyman Sani Axundov küçəsindən gələn avtomobillərə yol verməlidir.
Daha öncə üstünlük körpünün altından gələn nəqliyyat vasitələri üçün idi.
[video width="574" height="432" mp4="https://bakuplus.az/storage/photos/2023/02/331273581_1019634942343620_1826696439272266995_n.mp4"][/video]