16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq. Bu haqda bu gün, 7 sentyabr tarixində Səhiyyə Nazirliyi məlumat yayıb.
Azərbaycanda yeniyetmələrə Pfizer peyvəndi yalnız istisna hallarda vurulacaq. Bunun üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.
Vaksinasiya üçün onlayn qaydada https://randevu.its.gov.az/ saytına daxil olaraq qeydiyyatdan keçmək mütləqdir.