Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişiklikləri olub. Bu haqda 5 fevral tarixində Marja.az xəbər verib.
“Bakı 1 №-li Yol İstismarı” MMC-nin rəhbəri olan Şahin Süleymanovu Zaur Həmzəyev, “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəhbəri olan Zaur Həsənovu isə Etibar Kərimov əvəzləyiblər. Onlar yeni direktor vəzifəsinə təyin ediliblər. “Bakı 1 №-li Yol İstismarı” 1995-ci ildə, “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” isə 2004-cü ildə yaradılıb. Onların nizamnamə kapitalı müvafiq olaraq 49,3 milyon manat və 0,07 milyon manatdır.