Dekabrın 23-24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin pisləşəcəyi, yağış yağacağı, küləyin güclənəcəyinə görə qatarların hərəkətində ləngimə ehtimalı var. Bu, xüsusilə Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəlinə təsir edə bilər. Bu haqda “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidməti məlumat verib.
“Təlimatlara əsasən, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün maşinist küləyin sürəti yüksək olan ərazilərdə (dəniz kənarında, açıq sahələrdə) qatarın sürətini azalda bilər”, - bildirişdə qeyd olunur.
Sərnişinlərdən səyahətlərini planlaşdırarkən bu faktı nəzərə almaları, həmçinin platformalarda diqqətli olmaları və təhlükəsizlik qaydalarına əməl etmələri xahiş olunur.