Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, pedaqoji elmlər doktoru, əməkdar müəllim Sərdar Quliyev dünyasını dəyişib. Bu haqda universitetin mətbuat xidməti bu gün, 31 may tarixində Facebook səhifəsində məlumat yayıb.
Mərhum müxtəlif illərdə universitetin kafedra müdiri, dekan və prorektor vəzifələrində çalışmışdır.