İctimai Televiziya (İTV) “Eurovision 2023” (“Avroviziya”) müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnının seçimini açıqlayıb. Bu haqda bu gün, 8 dekabr tarixində Bakuplus.az İTV-yə istinadən məlumat verir.
Seçimlərdə iştirak etmək istəyən ifaçılar və bəstəkarlar dekabrın 31-dək “Eurovision” üçün hazırladıqları yazıları, mahnıların demo versiyalarını və ya yeni mahnılarını song@eurovision.az ünvanına göndərə bilərlər.
“Eurovision 2023” mahnı müsabiqəsi mayın 9, 11 və 13-də İngiltərənin Liverpul şəhərində keçiriləcək.
Müsabiqədə Azərbaycan nümayəndə heyətinin rəhbəri İTV-nin baş direktorunun müavini Vasif Məmmədovdur.