Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 14 ədəd mobil telefonun ölkə ərazisinə qanunsuz gətirilməsinin qarşısını alıblar. Bu haqda bu gün, 29 dekabr tarixində Bakuplus.az Azərbaycan Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir.
“Beynəlxalq Aeroport Terminalı-1” gömrük postunun gəliş zalında özünü çox şübhəli aparan şəxs saxlanılıb.
Yoxlama zamanı ondan 8 ədəd “İphone 14 Pro” markalı və 6 ədəd “iPhone 14 Pro Max” markalı mobil telefonlar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.