Bakıda 5 milyona yaxın insan yaşayır. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin sözlərinə görə, ölkədə hazırda təqriban 1 milyon 700 min avtomobil var. Həmin nəqliyyat vasitələrinin 70%-i Bakının payına düşür. Bu isə 1 milyon 190 min avtomobil deməkdir.
Həmçinin paytaxtda qeyri-rəsmi məlumatlara görə, 5 milyon insan yaşayır. Bu günə olan məlumata əsasən, Azərbaycanın əhalisi 10 milyon 150 min insan təşkil edir.