Azərbaycan MMA və Qrapplinq Federasiyasının döyüşçülərindən şikayət edən şəxs müsahibə verib. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az Bakupost-a istinadən xəbər verir.
Hadisədə zərərçəkən Azərbaycan yığmasının sabiq üzvü, veteran idmançı Həsən Əzizovdur. O, Kiyevdə yaşadığını və Azərbaycana yarışla bağlı gəldiyini bildirib.
Onun sözlərinə görə, Ruslan Əfəndiyev ondan Ukraynadan yarışa gətirdiyi və məşqçisi olduğu Nastya adlı idmançının telefon nömrəsini istəyib. Həsən isə heç bir köməyə ehtiyacları olmadığını bildirib.
Həmçinin o, indiyədək dəfələrlə hücuma məruz qaldığını, hətta ona qarşı silah işlədilsə belə, şikayətçi olmadığını, ancaq bu dəfə bir qədər fərqli hadisə baş verdiyini bildirib.
Daha öncə Azərbaycan döyüşçülərinin xuliqanlıq zəminində polis tərəfindən saxlanıldıqları barədə məlumat verilmişdi.
Ətraflı müsahibədə: