Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Azərbaycanın İrandakı Səfirliyinə hücum nəticəsində dünyasını dəyişən Orxan Əsgərovun məzarını ziyarət edib. Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, bu gün, 27 yanvar tarixində nazir Ceyhun Bayramovun rəhbərlik etdiyi Xarici İşlər Nazirliyinin heyəti II Şəhidlər xiyabanına baş çəkib.
Bu gün, yanvarın 27-də Azərbaycan Respublikasının İrandakı Səfirliyinə qarşı törədilmiş terror aktından bir il ötür.
Terror aktı nəticəsində Səfirliyin bir əməkdaşı həlak olub, ikisi isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.