Gələn il Azərbaycan Tibb Universitetində (ATU) Təcili tibb kafedrası yaradılacaq. Bu haqda bu gün, 16 dekabr tarixində ATU-nun rektoru Gəray Gəraybəyli “Azərbaycanda təcili yardım sisteminin təkmilləşdirilməsi” simpoziumunun açılış mərasimində deyib.
Gəraybəyli qeyd edib ki, təcili tibbi yardımın tədrisi artıq proqrama salınıb.