Azərbaycanın Xalq artisti yandırılacaq. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
Almaniyada vəfat edən Azərbaycanın və Tacikistanın Xalq artisti Leyla Şərifovanın cənazəsi yandırılacaq. Bu haqda onun yaxınları məlumat veriblər.
“Nənəm vəsiyyət edib ki, məni yandırıb, külümü dənizə səpərsiniz”. Nəvəsi dedi ki, bu, nənəmin vəsiyyətidir və onun vəsiyyətini yerinə yetirəcəyik. Azərbaycanda buna reaksiyaların necə olacağını isə artıq bilmirəm”, - deyə müğənninin nəvəsi bildirib.
Leyla Şərifova bir neçə gündür Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişib.
Sənətkarın atası türkiyəli, anası isə azərbaycanlı olub. Leyla Şərifova Bakıda doğulub və bakılı olmasını hər zaman müsahibələrində bildirib.
[caption id="attachment_130596" align="alignnone" width="558"]
Foto açıq mənbədən[/caption]