Azərbaycanlı gənc ABŞ-də intihar edib. Bu haqda bu gün, 5 fevral tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Kaliforniyanın Kupertino şəhərində yaşayan gənc həmyerlimiz Şahbaz Abdurrəhmanov Viskonsində özünə qəsd edib. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Hazırda Şahbazın nəşini Bakıya göndərmək üçün Azərbaycan səfirliyi və diaspor təşkilatlarına müraciət olunub. Bununla bağlı 3000 AZN vəsait ayrılıb.
Faktla bağlı araşdırma aparılır.