Naxçıvana gedən sərnişinlər üçün xəbərdarlıq edilib. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az Azərbaycan Hava Yollarına (AZAL) istinadən xəbər verir.
Bakı - Naxçıvan aviareysinə olan tələbatı nəzərə alaraq, AZAL bu istiqamətdə səfər etməyi planlaşdıran bütün sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi məsləhət görür.
Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, yenilənmiş mobil tətbiqindən və ya AZAL-in kassalarından əldə etmək mümkündür.