Fevral-oktyabr aylarında AZAL şirkəti Ər-Riyad, Dubay, Nyu-Dehli uçuşlarına xüsusi təklif elan edib. Bu haqda bu gün, 20 fevral tarixində Bakuplus.az şirkətin mətbuat xidmətinə istinadən məlumat verir.
Aksiya yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin 24 fevral - 27 oktyabr 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.
Ər-Riyad
- Birtərəfli bilet - 127 manat;
- Gediş-gəliş bileti - 235 manat.
Dubay
- Birtərəfli bilet - 238 manat;
- Gediş-gəliş bileti - 429 manat.
Nyu-Dehli
- Birtərəfli bilet - 275 manat;
- Gediş-gəliş bileti - 498 manat.
Qiymətlər 20-29 fevral tarixlərində etibarlıdır. Biletləri azal.az saytından əldə etmək mümkündür.