Azərbaycan və Qazaxıstanın milli aviadaşıyıcıları tərəfdaşlıq haqqında kommersiya sazişi imzalayıb. Bu haqda bu gün, 21 iyul tarixində Bakuplus.az aviaşirkətə istinadən xəbər verir.
Tərəfdaşlıq müqaviləsi ilə Bakı-Almatı-Bakı marşrutu üzrə kod-şerinq formatında həftədə 5 dəfə birgə uçuşlar həyata keçiriləcək.
“AZAL” və “Air Astana” arasında bağlanan müqavilə Bakı və Almatı arasında səyahət edən sərnişinlərə hər iki aviaşirkətin təklif etdiyi müxtəlif reyslər arasından seçim etmək imkanı verəcək.