Ermənistana keçən Azərbaycan Ordusunun əsgəri Heydər Əliyev Hava Limanına eniş edib. Bu haqda bu gün, 5 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Cari il fevralın 28-də Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahov Laçın rayonu ərazisində əlverişsiz hava şəraitində azaraq istiqaməti itirib və Ermənistan ərazisinə keçib.
Ermənistan İstintaq Komitəsi isə onun Cinayət Məcəlləsinin bir neçə maddəsi – “sərhədi qanunsuz keçmək”, “silah gəzdirmək” və s. ilə ittiham olunduğunu bildirib.
Daha sonra, martın 4-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda onun Azərbaycana təhvil verilməsi ilə bağlı qərar qəbul olunduğu bildirilib.
Əsgərimiz bu gün Vətənə qaytarılıb.