top
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
22 iyul 2026, 09:32
- ↺ +

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün, 22 iyul tarixində Azərbaycanda milli mətbuatın yaranması günü qeyd edilir. 

Maarifçi Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzetinin nəşri ilə Azərbaycanda yeni bir mərhələnin əsası qoyulub. 1875-ci il iyulun 22-də ilk sayı işıq üzü görən və cəmi 56 nömrəsi nəşr olunan qəzet milli mətbuatın formalaşmasında, mənəvi dəyərlərimizin qorunub saxlanılmasında mühüm rol oynayıb. Zərdabi "Əkinçi" ilə Azərbaycanda o dövrə qədər mövcud olmayan mətbuat dili və üslubunun da əsasını qoyub.

"Əkinçi" Bakıda çap olunsa da, tezliklə ümumrusiya müsəlmanlarının qəzetinə çevrildi. Onu Dağıstanda və Volqaboyunda, Mərkəzi Asiya və Sibirdə oxuyurdular. "Əkinçi"nin sorağı Londona da gedib çıxmışdı. Zərdabinin həyat yoldaşı Hənifə xanımın xatirələrinə görə, Bakıya gələn bir fransız müxbiri Zərdabinin təkbaşına qəzet çap etdiyini öyrənib, onun ziyarətinə getmiş və demişdi: "Siz qəhrəmansınız, bizim Fransada bu cür yoxsul qəzetlər üçün işləyən adam tapılmaz… Görünür, siz öz xalqınızı çox sevirsiniz". 

"Əkinçi" özündən sonra bir sıra milli mətbu nümunələrinin nəşrinə yol açdı. Ünsizadə qardaşlarının yaratdıqları "Ziya" (Ziyayi-Qafqaziyyə), "Kəşkül" kimi nəşrlər "Əkinçi" ənənələrindən bəhrələnərək mətbuatın inkişafına təkan oldu. 1903-cü ildə "Şərqi-rus"un fəaliyyətə başlaması C.Məmmədquluzadə, F.Nemanzadə, M.Ə.Sabir, A.Səhhət, F.Köçərli kimi demokratik dünyagörüşlü publisistlər yetişdirdi. Milli mətbuatın yeni inkişaf mərhələsi isə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə başlayıb.

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müasir mətbuatın formalaşması və inkişafı üçün imkanlar yarandı, ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazası yaradıldı.

Son xəbərlər

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Oxşar xəbərlər