"Aztelekom” və “Baktelecom" cərimələnib. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Belə ki, adıçəkilən internet provayderlərinin xidmət tariflərini qanunauyğun artırmadığı məlum olub. Bununla bağlı bir sıra özəl provayderlər şikayət edib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan araşdırma zamanı iddia sübut olunub və hər 2 şirkət cərimələnib.