Paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində “Mercedes” markalı yük avtomobilindən müxtəlif çeşidli tullantıların boşaldılması aşkar olunub. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə tədbirləri nəticəsində həmin yük avtomobilinin sürücüsü barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Analoji əməllərə qarşı tədbirlər davam etdirilir.