top
Bəraət aldıqdan 9 ay sonra həbs edildilər
23 oktyabr 2024, 23:42
- ↺ +

Bəraət aldıqdan 9 ay sonra həbs edildilər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qohumunun avtomobilini yandırmağı sifariş verməkdə və sifarişi icra etməkdə ittiham olunan, lakin məhkəmədə bəraət alan iki nəfər doqquz ay sonra həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi prokurorun protesti əsasında belə qərar qəbul edib.

Hakimlər elə qənaətə gəliblər ki, Bakı Hərbi Məhkəməsinin hökmü işin faktiki halları və göz önündə olan əsaslı sübutlarla uyğun gəlmir.

Məlumat üçün deyək ki, cinayət hadisəsi 7 il əvvəl - 2017-ci ildə baş verib.

Həmin vaxt hüquq-mühafizə orqanlarından birində sürücü işləyən Fariz Yunisov tanışı Anar Qasımova qohumunun avtomobilini yandırmağı sifariş verib. Bunun qarşılığında isə ona min manat vəd edib. Anar razılaşmadan sonra zərərçəkmişin evinin qarajındakı “Mercedes” markalı avtomobilin üstünə 1 litr benzin tökərək yandırıb. Hadisə vaxtı zərərçəkmişin evinin də bir hissəsi yanıb.

İlkin istintaq vaxtı Anar əməlini etiraf etsə də, məhkəmədə nə kimdənsə sifariş aldığını, nə də sözügedən cinayəti törətdiyini boynuna alıb. Sifarişçi kimi mühakimə edilən digər şəxs də özünü təqsirli bilməyib. Onlar avtomobilin elektrik naqillərindəki qısaqapanma nəticəsində alışdığını deyiblər.

Birinci instansiya məhkəməsinin hakimləri təqsirləndirilən şəxslərin səmimiyyətinə inanıblar. “Cinayət hadisəsi yoxdur!”, - elan edilərək hər iki müttəhimin bəraətinə hökm edilib.

Bakı Apellyasiya Məhkəməsində Emin Mehdiyevin sədrlik etdiyi hakimlər isə prokurorun sübutlarını əsaslı hesab edib.

Qərara əsasən, bəraətverici hökm tamamilə ləğv edilib. Fariz Yunisov 3 il, Anar Qasımov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında dərhal həbs ediliblər.

 

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Oxşar xəbərlər