Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini vəzifəsində dəyişiklik olub. Bu haqda bu gün, 16 dekabr tarixində Report məlumat verib.
Təyinat alan Aygün Zeynalova yeni vəzifəsində Təbriz Əmmayevi əvəz edib. Daha öncə Zeynalova AREA-nın Layihələrlə iş və hüquq şöbəsinə rəhbərlik edib.
Aygün Zeynalova Bakıda anadan olub və BDU-nun beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, karyerasına 2012-ci ildə Lüksemburqda Avropa İttifaqının Ədalət Məhkəməsində başlayıb. Azərbaycanın Maliyyə Monitorinqi Xidmətində və digər strukturlarda məsul vəzifələrdə çalışıb.
İngilis, fransız, türk, rus, holland dillərini bilir.