Bakının Nərimanov rayonunda təmirdən sonra təzəlikcə açılan “Cümə” məscidində eyni vaxtda 600-ə yaxın insan ibadət edə biləcək. Bu haqda bu gün, 20 aprel tarixində Report məlumat verib.
Məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub.
Məscid 1998-ci ildə öz fəaliyyətinə başlayıb. Bir müddət sonra bina qəzalı vəziyyətə düşüb və 2021-ci ildə məsciddə əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb.
Bu gün məscidin açılış mərasimi keçirilib. Açılışda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.