Bakıda “Bəstəkar Fikrət Əmirov” adlı gəmi əsaslı təmir olunub. Bu haqda bu gün, 30 noyabr tarixində Bakuplus.az ASCO-ya istinadən xəbər verir.
“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri çərçivəsində baş mühərriklər, soyuducular eləcə də nasoslar təmir olunub. Həmçinin su nəqliyyatında gövdə-qaynaq, boruquraşdırma işləri aparılıb.
Bundan əlavə, gəmiyə müxtəlif təyinatlı radiolokasiya stansiyaları və girokompas quraşdırılıb. Ekipaj üçün sərnişin kayutları, dənizçilərin yaşayış və xidməti otaqları yenidən qurulub.
Təmirdən sonra gəminin ilk səfərinin Türkmənbaşı limanına həyata keçirilməsi planlaşdırlır.