Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Mehman Sadıqov vəzifəsindən azad edilib. Bununla bağlı Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb. Bu haqda bu gün, 27 dekabr tarixində Unikal.az məlumat verib.
Hazırda Sadıqovun yerinə yeni təyinat yoxdur.
Mehman Sadıqov Komitənin sabiq sədri Səfər Mehdiyevin əmri ilə cari ilin yanvar ayında öz vəzifəsinə təyin edilmişdir.