Qısa zamanda hər kəs xaricdən gələn bağlamasını “Azərpoçt”a məxsus poçtomatlardan götürə biləcək. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az qurumun rəsmisi İsi Mustafayevə istinadən məlumat verir.
Ötən ilin yekunlarına dair hesabatın təqdimatı zamını “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev bildirib ki, vətəndaşlar xaricdən gələn bağlama haqqında SMS ilə məlumat alıb 24 saat ərzində poçtomatlardan əldə edə bilərlər.
Mustafayev qeyd edib ki, yaxın zamanlarda poçtomatlar müxtəlif yerlərdə, o cümlədən hipermarketlərdə quraşdırılacaq.