Baş Prokuror və Ombudsman səsvermədə iştirak ediblər. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Baş prokuror Kamran Əliyev 15 saylı Yasamal Seçki Dairəsinin 15 saylı məntəqəsində səsvermə hüququndan istidadə edib.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva isə 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səs verib.
Azərbaycanda növbədənkənar prezident seçkiləri davam edir.