Baş prokurorluq FHN-in əməkdaşlarının yayılan intim videoları ilə bağlı açıqlama verib. Bu haqda Bakuplus.az bu gün, 17 avqust tarixində xəbər verir.
Bir sıra media və sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşının intim xarakterli video və fotoları yayılıb.
Qeyd edilən və digər oxşar məzmunlu faktlarla bağlı hazırda Baş Prokurorluq tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalara başlanıb.
Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.