top
“Baha satılan məhsula tələbat artıb” - BAZARDAN REPORTAJ
09 aprel 2025, 07:00
- ↺ +

“Baha satılan məhsula tələbat artıb” - BAZARDAN REPORTAJ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı bazarlarında mövsümi meyvələr göz oxşasa da, qiymətləri heç də hamının ürəyincə deyil. Bölgələrdə çox ucuz olan meyvələrin paytaxtda baha satılması az adamı narahat etmir. Üstəlik, hərdən paradoksla da rastlaşırıq: mövsümü olmadığı vaxt ucuz satılan meyvələr öz mövsümündə ikiqat baha satılır və ya əksinə. Xüsusilə yaz aylarında alça, çiyələk kimi meyvələrin erkən görünməsi alıcıların diqqətini cəlb etsə də, qiymətlər sözün əsl mənasında cib yandırır.

Bakuplus.az-ın əməkdaşları mövsümlə əlaqədar vəziyyətin necə olduğunu öyrənmək üçün paytaxt əhli arasında ən sərfəli alış-veriş məkanlarından biri kimi tanınan Yaşıl bazara baş çəkiblər.

Diqqətimizi çəkən ilk məqam bazardakı seyrəklikdir. Əvvəlki qədər sıxlıq müşahidə olunmur. Piştaxtalar isə az qala məhsulun ağırlığından sınır.

Bazarın rəngi az qala qırmızı-yaşıldır: hara baxırsan, çiyələk və alça görürsən.

Satıcı deyir ki, qiymət ölçüyə görə dəyişir:

“Çiyələyin bir kiloqramı 5-7 manat, alçanın bir ovucu isə 100 manatdır. Alıcılıq qabiliyyəti normaldır. Alıb, dadanlar çoxdur. Tələbat o qədər də az deyil”.

Digər bir satıcı isə alıcı azlığından şikayətlənir:

“Satılsa, satarıq. Mallarımızı alan yoxdur. Alan olsa, mal heç burada qalmaz. Millət ucuz mal yeyə bilmir. Baha olsa, tez alacaqlar”.

Həmin satıcı narın qiymətinin 8-9 manata olduğunu qeyd edir:

“Qiymətlər müxtəlifdir. Üzüm 7 manatdan başlayır, 15 manata qədərdir. Naringi isə 5-6 manatadır. Qırmızı almalar fərqli qiymətlərədir - 4 manatdan 8 manat aralığında”.

Digər bir piştaxtada xaricdən gətirilən kiçik bananlara rast gəlirik. Onların qiyməti 10-12 manatdır. “Gold” ananas 17-20, avokado 3 manatdır.

Satıcılardan digəri alıcılıq qabiliyyətinin bir qədər azaldığını vurğulayır:

“Alıcılıq aşağıdır. Bəzən körpə uşaq gəlir. Anası ona çiyələk ala bilmir. Hər kəs çörəkpulu üçün buradadır”.

Satıcı sonda qeyd edib ki, mövsümü meyvələr baha satılsa da, alan var:

“İnsanlar ucuz satılan mövsümi meyvələrdən daha çox, mövsümü olmayan meyvələri alırlar. Çox qəribədir. Yəqin baha qiymətə satılan məhsula tələbat artıb. Zəmanə, yəqin, bunu tələb edir”.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
31 oktyabr 2026, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
31 oktyabr 2026, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
31 oktyabr 2026, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Oxşar xəbərlər