Bakı Ağır Cinayətlər Məhkəməsində qeyri-sabit hava şəraitinə görə bir sıra məhkəmə prosesləri təxirə salınıb. Bu haqda bu gün, 9 yanvar tarixində Report məlumat verib.
Məhkəmənin rəsmisi Telman Hüseynov bildirib ki, yollarda hərəkət çətinləşdiyindən təqsirləndirilən şəxslərin həbs yerlərindən məhkəməyə çatdırılmasında, habelə zərərçəkmişlərin, şahidlərin və prosesdə iştirak edən digər şəxslərin məhkəməyə çatdırılmasında problemlər yaranıb.
"O təqsirləndirilən şəxslər ki, barələrində həbs qətimkan tədbiri seçilib və istintaq təcridxanasında saxlanılırlar, onların məhkəmə prosesləri təxirə salınıb. Lakin barələrində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilən şəxslərin (polis nəzarəti, ev dustaqlığı altında olanlar) prosesləri keçiriləcək", - deyə Hüseynov bildirib.