Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev dünyasını dəyişib. Bu haqda bu gün, 7 dekabr tarixində Report məlumat verib.
Mahmud Nəbiyev 65 yaşında ürək tutmasından dünyasını dəyişib.
Nəbiyev 2000-ci ildən Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin sədri, 2011-ci ildən isə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifəsində çalışıb.