Bakı-Ağstafa marşrutu üzrə yeni reyslər əlavə olunacaq. Bu haqda bu gün, 6 mart tarixində Bakuplus.az Azərbaycanda Dəmir Yollarına istinadən xəbər verir.
8 mart tarixində Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə sərnişin tələbatını təmin etmək məqsədilə əlavə reyslər təyin olunub.
Belə ki, saat 07:50-də Bakı Dəmiryol Vağzalından Ağstafaya yola düşən qatar saat 16:45-də Bakıya yola düşəcək.
Abşeron dairəvi dəmir yolu xətti üzrə isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun hərəkətdə olacaq.