Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik enerjisi təchizatının dayandırılması ilə əlaqədar sərnişin terminallarının fəaliyyət göstərmələri üçün ehtiyat güclərdən (generatorlar) istifadə edilir. Bu haqda bu gün, 10 avqust tarixində aeroportunun mətbuat xidmətindən bildirilib.
Hazırda hava limanında baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır, elektrik enerjisinin bərpası üçün bütün zəruri addımlar atılır.