Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Bu haqda bu gün, 26 dekabr tarixində Bakuplus.az Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Bayram günləri sərnişin axınını nəzərə alaraq, 28 dekabr 2022-ci ildən 5 yanvar 2023-cü ilə qədər avtovağzal kompleksi gücləndirilmiş iş rejimində çalışacaq. Ehtiyac yarandıqda xəttə əlavə avtobuslar buraxılacaq.
Vətəndaşlar biletləri “biletim.az” portalından onlayn qaydada, həmçinin avtovağzalların gündəlik və qabaqcadan satış kassalarından əldə edə bilərlər.