“Bakı Ayaqqabı Fabriki” ASC-də rəhbərlik dəyişib. Bu haqda bu gün, 5 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Belə ki, Fabrikin İdarə Heyətinin sədri Anar Dadaşov vəzifəsindən azad edilib. Onun yerinə fabrikin keçmiş direktoru Həsənəli Şahverdiyev təyin olunub.
"Bakı Ayaqqabı Fabriki" 2018-ci ildə yaradılıb. Ötən ilin dekabr ayında “Pepi-Əli Kəndli Təsərrüfatı” MMC fabriki özəlləşdirib.