İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidməti “Bakı Ayaqqabı Fabriki” ASC-nin səhmlərinin 85 faizinin satışı üzrə investisiya müsabiqəsinə yekun vurub. Bu haqda bu gün, 23 noyabr tarixində Report Dövlət Xidmətinin Özəlləşdirmə İdarəsinin rəisi Əziz Mirzəyevə istinadən məlumat verib.
Müsabiqənin qalibinin hansı şirkət olduğu açıqlanmayıb. “Müsabiqənin nəticələri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”, - deyə Mirzəyev bildirib.