Bakıda bir neçə bələdiyyədə nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 19 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bildirilir ki, paytaxtın Sabunçu rayonunun Pirşağı, Suraxanı rayonunun Zığ, Binəqədi rayonunun Biləcəri və Xəzər rayonunun Şağan bələdiyyələrində qanun pozuntuları müəyyən edilib. Bununla bağlı cinayət işinə başlanılıb.
Binəqədi rayonunun Binəqədi qəsəbə bələdiyyəsi ilə bağlı toplanmış materiallar isə artıq məhkəməyə göndərilib.