Bakı Baş Gömrük İdarəsinə yeni rəis təyin edilib. Əmri Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, sədrin səlahiyyətlərini icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov imzalayıb. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az Unikal.org-a istinadən məlumat verir.
Əmrə əsasən, Komitə sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edəcək.
Bir neçə gün əvvəl Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərli vəzifəsindən azad edilib.